Fabreqas Milanın iki klubunun hədəfində

"Çelsi" ispaniyalı yarımmüdafiəçi Sesk Fabreqası komandada saxlamaqda çətinlik çəkir. SportLine.az "Express"ə istinadən xəbər verir ki, futbolçu Milan şəhərinin iki təmsilçisi - "İnter" və "Milan"ın hədəfindədir. 

Məlumata görə, 31 yaşlı yarımmüdadfiəçi A Seriyada çıxış etməkdə maraqlıdır. 

"Çelsi"ni narahat edən isə futbolçunun azad agent kimi komandanı tərk etməsidir. Yanvar ayında müqavilə müddəti başa çatacaq S.Fabreqasın başqa kluba keçidi "zadəganlar"a qazanc gətirməyəcək.

Qeyd edək ki, S.Fabreqas 2014-cü ildən "Çelsi"nin şərəfini qoruyur.