Fanatlar "Qarabağ"ı belə yola saldılar

Avropa Liqasında “Sevilya” ilə çətin sınağa hazırlaşan “Qarabağ”ın Bakıdakı son məşqində maraqlı anlar yaşanıb.

Sportline.az xəbər verir ki, pley-offa çıxmaq imkanları zəifləyən komandaya azarkeşlər dəstək olublar.

Onlar üzərində “Ən son ümidlər ölər” yazılmış pankartı “Qarabağ”ın məşq etdiyi “Azərsun Arena”nın divarlarına asıblar.