Farer adaları - Azərbaycan görüşünün hakimləri məlum oldu
UEFA Millətlər Liqasının III turunun Farer adaları - Azərbaycan görüşünün hakim təyinatları açıqlanıb.
Sportline.az xəbər verir ki, matçı rusiyalı Aleksey Yeskovun başçılıq etdiyi hakimlər briqadasına həvalə olunub. Baş hakimə Dmitri Mosyakin və Anton Averyanov yardımçı olacaq. Dördüncü hakim funksiyasını Valeri Dançenko yerinə yetirəcək.
Əlavə köməkçi-hakimlər Vladislav Bezborodov və Mixail Vilkov olacaq. Hakimlərin işinə andoralı hakim-inspektor Salustia Çato Çipres qiymət verəcək, UEFA nümayəndəsi isə rumıniyalı İonel Piskanu olacaq.
Qeyd edək ki, oktyabrın 11-də Torshavn şəhərindəki Torsvollur stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 22.45-də başlanacaq.