Farer adaları Bakıya yola düşdü

UEFA Millətlər Liqasında Azərbaycanın qonağı olacaq Farer adaları seçməsi Bakıya yola düşüb. SportLine.az xəbər verir ki, ada təmsilçisinin baş məşqçisi Lars Olsen oyundan bir neçə gün öncə ölkəmizə gəlməklə komandasının yerli iqlimə uyğunlaşması məqsədini güdür.

Qeyd edək ki, Azərbaycan - Farer adaları görüşü noyabrın 17-i Bakı Olimpiya Stadionunda təşkil olunacaq.