Fariz Nəcəfov: " Artıq "Qəbələ" üçün yeni səhifə açılır"

"Qəbələ"nin vitse-prezidenti Fariz Nəcəfov Tale Heydərovun klubun prezidenti vəzifəsindən istefa verməyinə münasibət bildirib.

Sportline.az klubun saytına istinadən xəbər verir ki, o, T.Heydərovun "Qəbələ"də böyük işlər gördüyünü vurğulayıb:

"Biz Tale Heydərova kluba göstərdiyi xidmətlərə görə minnətdarlığımızı bildiririk. Onun rəhbərliyi altında qazanılan uğurlar "Qəbələ"nin ölkənin öndə gələn idman institutu kimi formalaşmasını təmin edib. Tale Heydərovun infrastukturun yaradılmasına verdiyi önəm Qəbələni ölkənin əsas futbol mərkəzlərindən birinə çevrilib. Heydərovun başçılığı altında klubumuz təkcə futbolda deyil, digər idman növlərində də ciddi uğurlar qazanıb. Artıq "Qəbələ" üçün yeni səhifə açılır və biz yeni uğurlara köklənmişik. Tale Heydərova gələcək işlərində müvəffəqiyyətlər arzu edirik.”