Fatih Terim "Ronaldu" dedi

UEFA-nın rəsmi "YouTube" kanalı baş məşqçilərdən Çempionlar Liqasının ən yaxşı qolunu soruşub. SportLine.az xəbər verir ki, videoçarxda Fatih Terim ("Qalatasaray"), Tomas Tüxel (PSJ), Yulian Naqelsmann ("Hoffenhaym") və sabiq futbolçu Maksvel iştirak edib.

T.Tüxel ötən mövsüm final matçında Qaret Beylin "Liverpul"a vurduğu qolu xatırladığını söyləyib. Y.Naqelsmann və Maksvel Zinəddin Zidanın Leverkuzen "Bayer"inin qapısına vurduğu fantastik qolu fərqləndirib. F.Terim isə Kriştianu Ronaldunun "Real"ın heyətində "Yuventus"un qapısına vurduğu qolu son dövrlərin ən yaxşı qolu kimi dəyərləndirib.