Fatih Terimin cəzası yüngülləşdirildi

Türkiyə Futbol Federasiyasının İntizam Komitəsi “Qalatasaray”ın baş məşqçisi Fatih Terimin 4 oyunluq cəzasını 3-ə endirib.

Sportline.az qurumun saytına istinadən xəbər verir ki, təcrübəli mütəxəssis, həmçinin 19 min yox, 13 min türk lirəsi cərimə ödəyəcək.
 
Beləliklə o, Türkiyə superliqasında  “Kasımpaşa”, “Malatyaspor” və “Fənərbaxça” ilə oyunlarda texniki zonada yer ala bilməyəcək.