Federasiya prezidentinə zorlama iddiası

Haiti Futbol Federasiyasının prezidenti İv Jan-Bart gənc qızlara qarşı cinsi zorakılıqda ittiham olunur.

Sportline.az xəbər verir ki, ölkədəki təlim-məşq mərkəzində zorakılığa məruz qalan gənc qızlardan biri bu barədə məlumat verib.

Adı açıqlanmayan qız deyib ki, federasiya daxilində “Dadu” ləqəbli şəxs qızları prezidentlə yatmağa təzyiq edir. Razılaşmayanlar işdən və qadınlar millisindən qovulur.

Qızlardan biri 2018-ci ildə 17 yaşında bakirəliyini itirib və abort etdirməli olub.

“Dadu” ləqəbli şəxs açıqlamasında xəbəri təkzib edib.