Fəhmin daha bir il "Səbail"də

"Səbail" komandada icarə əsasında çıxış edən Fəhmin Muradbəyli ilə müqaviləni yeniləyib.

Sportline.az xəbər verir ki, bu barədə klubun rəsmi Feysbuk səhifəsi məlumat yayıb. 23 yaşlı yarımmüdafiəçi daha bir il "dənizçilər"lə çıxış edəcək.

Qeyd edək ki, müqavilə ilə "Neftçi"yə məxsus olan futbolçu 2018-ci ilin yayından "Səbail"də çıxış edir.