"Fənərbağça"nın yeni baş məşqçisi müəyyənləşdi
Filip Kokunun istefaya göndərən "Fənərbağça"nın yeni baş məşqçisinin adı açıqlanıb. SportLine.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, rəhbərlik Ervin Kumanla yola davam etmək barədə qərar qəbul edib.
Klubun idman direktoru Damien Komollinin verdiyi məlumata görə, artıq mütəxəssislə razılıq əldə olunub.
Qeyd edək ki, Filip Kokunun istefasından sonra "Fənərbaxça"nı oyunlara Kuman çıxarırdı. Komanda onun rəhbərliyi altında keçirdiyi 3 oyunda 2 qələbə qazanıb, 1 dəfə isə heç-heçə edib.