"Fənərbağça"dan daha bir transfer

Türkiyənin "Fənərbağça" klubu daha bir transferi reallaşdırıb.

Sportline.az klubun saytına istinadən xəbər verir ki, "sarı-lacivərdlilər" "Volfsburq"un əvəzedici heyətindən Murat Sağlamı heyətə cəlb ediblər.

21 yaşlı yarımmüdafiəçi ilə 3+1 illik müqavilə imzalanıb.  Murat Sağlam Türkiyənin U-21 millisində çıxış edib.

Qeyd edək ki, "Fənərbağça" bundan əvvəl iranlı Allahyar Səyyadmaneşi də transfer edib.