"Fənərbağça" məğlub oldu

Basketbol üzrə Avroliqa turnirində mübarizə davam edir.

Sportline.az xəbər verir ki,“Roiq Arena”da keçirilən oyunun ilk periodu “Valensiya”nın üstünlüyü şəraitində keçib. 27:13.

Böyük fasiləyə qədər “Fənərbağça” fərqi azaldıb. 51:35. Fasilədən sonrada üstün oyun nümayiş etdirən İspaniya təmsilçisi yekunda 94:79 hesabı ilə əzmkar qələbə qazanıb.

Qarşılaşmanın ən məhsuldar basketbolçusu Tarık Biberoviç olub. 18 xal 2 ribaund. “Valensiya”da ən yaxşı nəticəni Kameron Teylor göstərib. 17 xal 6 ribaund 2 asist.

“Valensiya” yarış cədvəlində 7-ci pillənin sahibidir. “Fənərbağça” 13-cü pillədə yer alır.