"Fənərbağça" mükəmməl qolla qalib gəldi

Türkiyə Super Liqasında 17-ci turun oyunları keçirilib.

Sportline.az xəbər verir ki, "Fənərbağça" səfərdə "Rizəspor"u 2:1 hesabı ilə məğlub edib.

Super Liqada turnir cədvəlinə 37 xalla "Sivasspor" başçılıq edir. "Başakşəhər" 33 xalla 2-ci, "Trabzonspor" 32 xalla 3-cü, "Fənərbağça" 31 xalla 4-cüdür.

"Rizəspor" - "Fənərbağça" - 1:2

Qollar: Məhəmməd Aberhun, 18 - Deniz Türüç, 13, Jailson, 70