"Fənərbağça", yoxsa "Beşiktaş"?

Bu gün Türkiyə Superliqasının 16-cı turu çərçivəsində derbi keçiriləcək.

Sportline.az xəbər verir ki, mərkəzi oyunda "Fənərbaxça" və "Beşiktaş" qarşılaşacaqlar. Şükrü Saracoğlu stadionunda keçiriləcək matçı FİFA referisi Cüneyt Çakır idarə edəcək. Derbi Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Qeyd edək ki, hərəyə 15 oyundan sonra “Beşiktaş” 27 xalla 3-cü, “Fənərbaxça” isə 25 xalla 5-ci yeri tutur.