"Fənərbağça"da ağır zədə

“Fənərbağça” ciddi itki ilə üzləşib.

Sportline.az klubun saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisinin müdafiəçisi Sadık Çiftpınar zədələnib. Superliqanın 15-ci turunun “Sivasspor”la matçında (1:3) dizindən zədələnən 26 yaşlı müdafiəçi üçün mövsümün başa çatdığı bildirilir.

Qeyd edək ki, 26 yaşlı futbolçu bu mövsüm "Fənər"in heyətində 6 oyuna 1 qol vurub.