"Fənərbağça"da yeni müqavilə

"Fənərbağça" futbolçusu Ozan Tufanla yeni müqavilə imzalayıb.

Sportline.az klubun saytına istinadən xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi ilə müqavilənin müddəti 2023/2024 mövsümünün sonuna kimi uzadılıb.

Qeyd edək ki, Türkiyə mətbuatı O. Tufanın təzminat qiymətinin 20 milyon avro olduğunu yazıb.