"Fənərbağça"dan daha bir transfer

Fransanın "Marsel" klubundan ayrılan Adil Rami karyerasını "Fənərbağça"da davam etdirəcək.

Sportline.az klubun saytına istinadən xəbər verir ki, 33 yaşlı müdafiəçi tibbi müayinədən keçmək üçün İstanbula gələcək. Ramiylə 2 illik müqavilə imzalanacaq.

"Marsel" Fransa millisinin heyətində dünya çempionluğu yaşamış futbolçunu 2017-ci ildə "Sevilya"dan 6 milyon avroya transfer edib. Adil klubdan icazəsi "Fort Boyard" proqramına qatıldığı üçün ötən günlərdə müqaviləsi ləğv edilmişdi.