"Fənərbağça"dan darmadağın

Türkiyə Super Liqasında 33-cü tur yekunlaşıb. SportLine.az xəbər verir ki, son oyun günündə daha iki qarşılaşma keçirilib.

Çempionluq uğrunda mübarizə aparan "Fənərbağça" səfərdə "Karabükspor"la qarşılaşıb. Görüş İstanbul təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 7:0.

Digər oyunda isə "Akhisar" səfərdə "Kayserispor"dan güclü olub - 2:1.

Standings provided by Sofascore LiveScore