"Fənərbağça"nın yeni baş məşqçisi müəyyənləşdi

Cari mövsüm uğursuz nəticələri sıralayan "Fənərbağça"da baş məşqçi dəyişikliyi olub. SportLine.az xəbər verir ki, Ərsun Yanal komandaya rəhbər təyin olunub. O, Fillip Kokunun istefaya göndərilməsindən sonra baş məşqçi vəzifəsində çalışmış Ervin Kumanı əvəzləyib.

Klubun rəsmi saytının yaydığı məlumata görə, 57 yaşlı mütəxəssislə 1,5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Ə.Yanal 2013-2014 mövsümündə "Fənər"i çempion edib.