Fərhad Vəliyev "Səbail" klubunda

Son klubu "Sumqayıt" olan Fərhad Vəliyev məşqçilik fəaliyyətinə “Səbail”də başlayacaq.

Sportline.az xəbər verir ki,  futbolçu karyerasını bitirən Vəliyev paytaxt təmsilçisi ilə 1 illik müqavilə imzalayıb. O, sözügedən klubda qapıçılarla işləyən məşqçi olacaq.

Qeyd edək ki, peşəkar karyerasına 1997-ci ildə Sumqayıtın "Kimyaçı" klubunda başlayan F. Vəliyev müxtəlif illərdə "Neftçi", "İnter" (indiki "Keşlə") və "Qarabağ" kimi klubların şərəfini qoruyub. 2006-2010-cu illərdə dəvət aldığı Azərbaycan millisində isə 32 oyun keçirib.