Fərid Nəbiyev Çexiyada het-trik etdi

Çexiya Gənclər Liqasının pley-off mərhələsində "Teplitse" doğma meydanda "Slaviya"nı qəbul edib. 

Sportline.az xəbər verir ki, U21 millimizin üzvü Fərid Nəbiyev "Slaviya"nın heyətində 90 dəqiqə mübarizə aparıb. Qarşılaşma Nəbiyev komandasının 7:0 hesablı qələbəsi ilə yekunlaşıb.

19 yaşlı yarımmüdafiəçi 2 məhsuldar ötürmə ilə yanaşı, 49, 78 və 82-ci dəqiqədə fərqlənərək het-trik edib. Cari mövsümdə vurduğu qolların sayını 15-ə çatdıran Fərid Nəbiyev çempionatın bombardiridir.