Fərid Nəbiyev Çexiyada növbəti qolunu vurdu
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Fərid Nəbiyevin şərəfini qoruduğu "Slaviya"nın U-21 komandası Çexiyanın Gənclər Liqasında növbəti oyununa çıxıb. SportLine.az xəbər verir ki, rəqib “Pribram” kollektivi olub.
Qarşılaşma "Slaviya"nın məğlubiyyəti ilə yekunlaşıb - 1:2.
"Slaviya"nın təsəlli qolunu F.Nəbiyev vurub.