Fərid Nəbiyev Gürcüstanda qol hesabını açdı

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Fərid Nəbiyevin şərəfini qoruduğu “Şevardani” klubu Gürcüstan I Liqasında növbəti oyununu keçirib. SportLine.az xəbər verir ki, rəqib “Merani” kollektivi olub.

Qarşılaşma “Şevardani”nin qələbəsi ilə yekunlaşıb - 2:1.

Oyuna start heyətdə başlayan F.Nəbiyev 90 dəqiqə meydana olub. O, komandasının birinci qolunun müəllifi olub.