Fərid Nəbiyev oynadı, "Slaviya" məğlub oldu
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Fərid Nəbiyevin şərəfini qoruduğu "Slaviya"nın gənclərdən ibarət komandası Çexiyanın Gənclər Liqasında növbəti oyununu keçirib. SportLine.az xəbər verir ki, rəqib "Sparta" kollektivi olub.
Qarşılaşma "Slaviya"nın məğlubiyyəti ilə yekunlaşıb - 2:5.
F.Nəbiyev start heyətində meydana daxil olub və 80 dəqiqə mübarizə aparıb.
“Slaviya”nın U-21 komandası hazırda 3 xalla 12 komanda arasında 8-ci pillədə qərarlaşıb.