Fərid Nəbiyevdən het-trik

"Slavya"ın gənclər komandasında çıxış edən 21 yaşadək futbolçulardan ibarət seçməmizin üzvü Fərid Nəbiyev Praqa klubunda növbəti qollarını vurub.

Sportline.az xəbər verir ki, gənc hücumçu komandasının "Ştexovitse" ilə yoxlama oyununda het-trik edib. O, 36, 38 və 71-ci dəqiqələrdə fərqlənib.

Qeyd edək ki, Fəridin 90 dəqiqə meydanda olduğu qarşılaşma komandasının 6:0 hesablı qələbəsi ilə başa çatıb.