Fərid Nəbiyev debüt oyununa çıxdı
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Fərid Nəbiyev Gürcüstanın “Şevardeni” klubunun heyətində ilk oyununa çıxıb. SportLine.az xəbər verir ki, səfərdə keçirilən görüşdə rəqib Batumi "Dinamo"su olub.
Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:1.
F.Nəbiyev 90 dəqiqə meydanda olub və məhsuldar ötürmə ilə yadda qalıb.