Fərid Nəbiyevin komandası 1 xal qazandı

Çexiya Gənclər Liqasında pley-off mərhələsində ikinci tur yekunlaşıb.

Sportline.az xəbər verir ki, Fərid Nəbiyevin şərəfini qoruduğu “Slaviya” komandası doğma meydanda“ Zlin”i qəbul edib. 

Görüş qolsuz heç-heçə ilə bitib. Pley-offun ilk turunda “Teplitse” ilə qarşılaşmada 3 qol vuran gənc futbolçu, ümumilikdə, 15 qolla Çexiya Gənclər Liqasının bombardiridir.