Fərid Nəbiyevin növbəti uğuru

21 yaşadək futbolçulardan ibarət millimizin üzvü Fərid Nəbiyev Çexiyada növbəti uğurlu oyununu keçirib.

Sportline.az xəbər verir ki, "Slaviya"nın B komandasının hücumçusu Çexiya Gənclər liqasının 7-c turunun "Karlovı Varı" klubu ilə səfər oyununda (2:1) iki qol vurub. Hesabı meydan sahibləri açsalar da, Fəridin qolları komandasına qələbə qazandırıb.

Qeyd edək ki, Fərid əsas heyətdə meydana çıxıb. Dubl etməklə yanaşı sarı vərəqə də alıb.

Qeyd edək ki, "Slaviya B" 7 oyundan 12 xalla 5-ci pillədədir.