Fərid Nəbiyevin qolu "Slaviya"ya qələbə qazandırdı

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Fərid Nəbiyevin şərəfini qoruduğu "Slaviya"nın gənclərdən ibarət komandası Çexiya çempionatında növbəti oyununu keçirib. SportLine.az xəbər verir ki, rəqib lider - "Sparta" olub.

Qarşılaşma 2:1 hesabı ilə "Slaviya"nın qələbəsi ilə yekunlaşıb.

F.Nəbiyev 42-ci dəqiqədə fərqlənməklə komandasına qələbə qazandırıb.

Bu qalibiyyət sayəsində xallarının sayını 29-a çatdıran "Slaviya" turnir cədvəlində 8-ci pilləyə yüksəlib.