Ferqüsson "Mançester Yunayted"ə qayıdır

Aleks Ferqüsson yenidən "Mançester Yunayted"də çalışacaq. 

SportLine.az "The Sun"a istinadən xəbər verir ki, mütəxəssis klubda məsləhətçi vəzifəsini icra edəcək. 

Qeyd edək ki, 77 yaşlı mütəxəssis 1986 – 2013-cü illərdə “Mançester Yunayted”in baş məşqçisi olub. O, kluba 38 titul qazandırıb.