"Feyenoord"dan ardıcıl 5-ci qələbə

Hollandiya çempionatında 32-ci turun növbəti oyunları keçirilib.

Sportline.az xəbər verir ki, liderlər qrupunda qərarlaşan "Feyenoord" klubu autsayder "Breda" ilə matçda 4 cavabsız qol vurub.

Oyundan əvvəl Feyenoord ardıcıl 4 oyun idi ki, qalib gəlirdi. Aktivində 59 xal olan Rotterdam təmsilçisi 3-cü pillədə qərarlaşmışdı. 22 xalı olan "Breda" isə yarış cədvəlinin sonuncu pilləsində idi. Matçda hesab 12-ci dəqiqədə açılıb. Cerri Sen Jüst fərqlənib.

İlk hissənin sonunda Dilan Vent 2-ci qolu vurub. Fasilədən sonra da təşəbbüs qonaqlarda olub. 66-cı dəqiqədə fərq 3 topa yüksəlib. Yens Tornstra "Breda"nın qapısına yol tapıb. Çox keçməmiş Tornstra dubl edib. Bundan sonra da qol vəziyyətləri yaransa da, hesab dəyişməyib. "Breda" 0:4 "Feyenoord".

Rotterdam klubu 62 xalla 3-cü pillədəki mövqeyini qoruyur. Qeyd edək ki, turnir cədvəlində 80 xalla "Ayaks" liderdir.