FİFA açıqladı: DÇ-2022 dekabrda olacaq

Ötən gün FİFA-nın Moskvada DÇ-2018-lə bağlı yekun mətbuat konfransı keçirilib. SportLine.az xəbər verir ki, tədbirdə iştirak edən qurumun prezidenti Canni İnfantino növbəti Mundialla bağlı bəzi məsələlərə aydınlıq gətirib.

Əsas məqam isə Qətərdə təşkil olunacaq çempionatın keçiriləcəyi tarixlə bağlı olub. C.İnfantino bununla bağlı danışarkən, "Artıq növbəti Mundialın hansı tarixlərdə keçiriləcəyi müəyyənləşib. Dünya çempionatı 21 noyabr - 18 dekabr tarixlərində olacaq", - deyə bildirib.

Beləliklə, ilk dəfə Mundial yay fəslində təşkil olunmayacaq. Buna səbəb isə isti hava şəraitidir.