FİFA "Bayıl Arena"da beynəlxalq oyunlara icazə verdi
Bayıl stadionunda quraşdırılmış süni ot örtüyü FİFA tərəfindən “Quality Pro” sertifikatına layiq görülüb.
SportLine.az xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb.
FİFA tərəfindən verilmiş bu keyfiyyət nişanı stadionunda beynəlxalq oyunların keçirilməsinə imkan verir.