FIFA-dan "Çelsi"yə rədd cavabı

"Çelsi" bir müddət əvvəl FIFA-nın tətbiq etidyi transfer qadağasına görə etiraz etmişdi.

Sportline.az xəbər verir ki, ali futbol qurumu “zadəganlar”ın apelyasiya şikayətinə rədd cavabı verib. Bununla da qərar qüvvədə qalıb.

London komandası iki transfer pəncərəsində heyətini gücləndirə bilməyəcək. Bu qadağa klubun futzal və qadın futboluna aid olunmayacaq. FIFA həmçinin "Çelsi"ni 600 min İsveçrə frankı məbləğində cəzalandırıb. 

Qeyd edək ki, "Çelsi" bu qərara görə İdman Arbitraj Məhkəməsinə (CAS) etiraz etmək hüququna malikdir.