FIFA-dan Qətərlə bağlı yeni qərar

Klublararası dünya çempionatı iki il (2019 və 2020) ərzində Qətərdə keçiriləcək.

Sportline.az xəbər verir ki, bu barədə FİFA-nın saytı məlumat yayıb. Bildirilir ki, Qətərin 2022-ci ildə keçiriləcək dünya çempionatına hazırlığı məqsədi ilə bu qərar verilib.

Xatırladaq ki, sözügedən turnir sonuncu dəfə Birləşmiş Ərəb Əmirliyinə təşkil olunub. Klublararası dünya çempionatının kubokunu son 3 ildə "Real" qazanıb.