FİFA dopinq məsələsi ilə bağlı məlumat yaydı

FİFA DÇ-2018-in yekunlaşmasına az qalmış futbolçulardan götürülən analizlərin nəticələrini ictimaiyyətə təqdim edib. SportLine.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, Mundial ərəfəsində götürülən 2 min 761 və çempionat müddətində yoxlanılan 626 qan nümunəsinin heç biri müsbət nəticə verməyib.

Qurum futbolçularda dopinq aşkarlanması ilə bağlı yayılan xəbərləri əsassız hesab edir. 

Xatırladaq ki, bir neçə gün öncə yayılan xəbərlərdə Rusiye seçməsinin futbolçularının dopinqdən istifadə etdiyi bildirilirdi.