FİFA "ən yaxşı" adına namizədləri açıqladı

FİFA "İlin ən yaxşısı" adına namizədlərin siyahısını tərtib edib. SportLine.az xəbər verir ki, siyahıda üç futbolçunun adı yer alıb.

Bunlar, Kriştianu Ronaldu ("Real"/"Yuventus", Portuqaliya), Luka Modriç ("Real", Xorvatiya) və Məhəmməd Salahdır ("Liverpul", Misir).

Qeyd edək ki, mükafat sentyabrın 24-də İngiltərənin paytaxtı Londonda təqdim ediləcək.