FİFA "ən yaxşı"nı açıqladı

DÇ-2018-in 3-cü turu çərçivəsində keçirilən Polşa - Kolumbiya görüşünün ən yaxşı futbolçusu açıqlanıb. SportLine.az FİFA-nın saytına istinadən xəbər verir ki, Xames Rodrigez matçın "ən yaxşı"sı seçilib.

Meydana start heyətində daxil olan futbolçu iki məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, Polşa - Kolumbiya görüşü Cənubi Amerika təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 3:0.