FİFA "ən yaxşı"nı açıqladı
DÇ-2018-in 3-cü turu çərçivəsində keçirilən Avstraliya - Peru görüşünün ən yaxşı futbolçusu bəlli olub. SportLine.az FİFA-nın saytına istinadən xəbər verir ki, Cənubi Amerika təmsilçisinin şərəfini qoruyan Andre Karilyo "matçın ən yaxşısı" tituluna yiyələnib.
Qeyd edək ki, 2:0 hesabı ilə Perunun xeyrinə yekunlaşan görüşdə A.Karilyo ilk qolun müəllifi olub.