FİFA "ən yaxşı"nı açıqladı

DÇ-2018-in 1/8 final mərhələsi çərçivəsinə keçirilən Kolumbiya - İngiltərə görüşünün ən yaxşı oyunçusu müəyyənləşib. SportLine.az FİFA-nın saytına istinadən xəbər verir ki, İngiltərə seçməsinin üzvü Harri Keyn "matçın ən yaxşısı" adına layiq görülüb.

Qeyd edək ki, əsas vaxtı 1:1 hesablı heç-heçə ilə yekunlaşan görüşün penaltilər seriyasında İngiltərə seçməsi qələbə qazanıb. H.Keyn ilk qolun müəllifi olub və penaltilər seriyasında 11 metrlik zərbəni dəqiq yerinə yetirib.