FİFA "ən yaxşı"nı açıqladı
DÇ-2018-in yarımfinal mərhələsi çərçivəsində keçirilən Fransa - Belçika matçının ən yaxşı futbolçusu müəyyənləşib. SportLine.az FİFA-nın saytına istinadən xəbər verir ki, Fransa millisinin müdafiəçisi Sameul Umtiti "oyunun ən yaxşısı" adına layiq görülüb.
Qeyd edək ki, S.Umtiti Fransanın 1:0 hesablı qələbə qazandığı görüşdə yeganə qolun müəllifi olub.