FİFA "ən yaxşı"nı müəyyənləşdirdi
DÇ-2018-in 3-cü turu çərçivəsində keçirilən İspaniya - Mərakeş oyununun ən yaxşı futbolçusu müəyyənləşib. SportLine.az FİFA-nın saytına istinadən xəbər verir ki, İspaniya millisinin üzvü İsko matçın "ən yaxşı"sı seçilib.
Qeyd edək ki, İspaniya - Mərakeş dueli heç-heçə ilə yekunlaşıb - 2:2. İsko Pireney təmsilçisinin ilk qoluna imza atıb.