FİFA "ən yaxşı"nı müəyyənləşdirdi
DÇ-2018-in 1/8 final mərhələsi çərçivəsində keçirilən İspaniya - Rusiya duelinin ən yaxşı oyunçusu açıqlanıb. SportLine.az FİFA-nın saytına istinadən xəbər verir ki, Rusiya millisinin qapıçısı İqor Akinfeyev "matçın ən yaxşısı" adına layiq görülüb.
Qeyd edək ki, Rusiya penaltilər seriyasında İspaniyanı üstələməklə adını növbəti mərhələyə yazdırıb.