FİFA "ən yaxşı"nı müəyyənləşdirdi

DÇ-2018-in 1/4 final mərhələsi çərçivəsində keçirilən Uruqvay - Fransa görüşünün ən yaxşı futbolçusu müəyyənləşib. SportLineaz FİFA-nın saytına istinadən xəbər verir ki, Fransa millisinin hücumçusu Antuan Qrizmann "matçın ən yaxşısı" adına layiq görülüb.

Qeyd edək ki, Fransa seçməsinin 2:0 hesablı qələbəsi ilə yekunlaşan görüşdə son nöqtəni A.Qrizmann qoyub.