FİFA Fransa - Avstraliya oyunu ilə bağlı qərar qəbul etdi

FİFA DÇ-2018-in ilk turu çərçivəsində keçirilən Fransa - Avstraliya oyununda vurulan 3-cü qolla bağlı dəyişiklik edib. SportLine.az xəbər verir ki, ali futbol qurumunun qəbul etdiyi qərara əsasən, görüşdə vurulan sonuncu qol Fransa seçməsinin futbolçusu Pol Poqbanın aktivinə deyil, Avstraliya millisinin üzvü Aziz Behiçin passivinə yazılıb.

Beləliklə, bu qol avtoqol kimi qeydə alınıb.

Xatırladaq ki, Fransa - Avstraliya matçı avropalıların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.