FİFA namizədlərin siyahısını təstiqlədi

FİFA 2026-cı ildə keçiriləcək Dünya çempionatına ev sahibliyi etmək istəyən ölkələrin siyahısını təstiqləyib. SportLine.az xəbər verir ki, bu barədə qurumun prezidenti Canni İnfantino Moskvada keçirilən FİFA Şurasının iclasından sonra məlumat verib.

Onun sözlərinə görə, Mundialı keçirmək üçün Mərakeş və ABŞ, Kanada, Meksika üçlüyü namizədliyini irəli sürüb.

İştirakçı ölkənin adı iyunun 13-də Moskvada təşkil olunacaq Konqresdə açıqlanacaq.

Qeyd edək ki, DÇ-2026-da ilk dəfə 48 ölkə iştirak edəcək. Onlar 16 qrupa bölünəcəklər. Hər qrupdan 2 ən yaxşı komanda 1/16 finala yüksələcək.