FİFA prezidenti vacib sualı cavablandırdı

FIFA prezidenti Canni İnfantino, futbolun gələcəyinin necə olacağı ilə bağlı sualı cavablandırıb.
 
Sportline.az xəbər verir ki, ali futbol qurumunun rəhbəri "L'Equipe" nəşrinə açıqlamasında, insanların sağlamlığının hər şeydən vacib olduğunu və yalnız təhlükəli vəziyyət aradan qalxdıqdan sonra futbol turnirlərinin bərpa ediləcəyini bildirib:
 
"Futbol nə vaxt qayıdacaq? Məncə, cəmiyyətin sağlamlığı hər şeydən vacibdir. Sağlamlıq ən önəmli məsələdir. Risk varsa, futbol olmayacaq. Bir az gözləmək və hadisələrin gedişatını izləmək lazımdır. Vəziyyət çox ciddidir.
 
Yerli hökumətlər icazə verəndə oyunlar da başlayacaq. Ancaq ondan sonra turnirləri başa vura bilərik. İndiki halda insanların həyatını təhlükəyə ata bilmərik".