FİFA referilərimiz Avroliqanın oyunlarında

FİFA referilərimiz Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunlarına təyinat alıblar:

Sportline.az  AFFA-nın saytına istinadən xəbər verir ki, Ömər Paşayev “OFK Titoqrad” – “B36 Torşavn” , Rəhim Həsənov “Zaria Balti” – “Qornik Zabrze”  görüşünün baş hakimi olacaq.

19 iyul

“OFK Titoqrad” (Monteneqro) – “B36 Torşavn” (Farer adaları)
Baş hakim:
 Ömər Paşayev
Baş hakimin köməkçiləri: Namiq Hüseynov, Mübariz Haşımov
Dördüncü hakim: Əliyar Ağayev

“Zaria Balti” (Moldova) – “Qornik Zabrze” (Polşa)
Baş hakim
: Rəhim Həsənov
Baş hakimin köməkçiləri: Yaşar Abbasov, Akif Əmirəli
Dördüncü hakim: Rauf Cabbarov