FİFA referimiz AÇ-nin seçmə oyununa təyinat alıb
FİFA referisi Əliyar Ağayev Avro-2020-in seçmə mərhələsinin oyununa təyinat alıb.
Sportline.az AFFA-nın saytına istinadən xəbər verir ki, Polşa – Latviya qarşılaşmasının baş hakimi Əliyar Ağayev olacaq.
Ona Rza Məmmədov və Namiq Hüseynov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Rəhim Həsənov yerinə yetirəcək.
Qeyd edək ki, sözügedən görüş martın 24-də Varşava şəhərindəki “Narodovy” stadionunda keçiriləcək.