FİFA referimiz AÇ-nin seçmə oyununda

FİFA referisi Rəhim Həsənov, 17 yaşadək futbolçuların Avropa çempionatının seçmə mərhələ oyununa təyinat alıb. 

Sportline.az xəbər verir ki, 36 yaşlı hakim, 4-cü qrupda keçiriləcək Farer adaları - Danimarka oyununu idarə edəcək. Ona yan xətt hakimi qismində Cəmil Quliyev və isveçli Maks Robin Vilde köməklik göstərəcək. Dördüncü hakim funksiyasını da isveçli Kaspar Şöberq yerinə yetirəcək. 

Qeyd edək ki, sentyabrın 27-də keçiriləcək Farer adaları - Danimarka oyunu Bakı vaxtı ilə saat 18:00-da başlanacaq. 4-cü qrupun bütün oyunları İsveçdə olacaq.